BİRJA

21 Dekabr

Azərbaycan nefti həftə ərzində 5%-dək bahalaşıb

Bakı 21 dekabr Fins.az

​ Ötən həftə ərzində (14 – 18 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 51,65 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,54 dollar və ya 1% çoxdur.

Fins.az-ın məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 52,79 dollar təşkil edib, ən minimal göstərici isə (I gün) 50,35 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,44 dollar və ya 4,8% artıb.