Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101086S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən fins.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,4974 manat (6,49%) və 99,5351 manat (6,01%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 895 507 500 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 13 yanvar 2021-ci ildir.