BİRJA

14 Dekabr

Tələt Kalayev: Bu gün mən pulu istiqraza yatırdımsa sabah onu rahatlıqla sata biləcəm?

Bakı 14 dekabr   Fins.az

Koronavirus (Covid-19) pandemiyasının iqtisadi təsirləri bütün sahələrdə olduğu ki, kapital bazarlarının eyni zamanda dünya fond birjaların fəaliyyətində də hiss olunur. İnvestorlar pandemiya şəraitində əvvəkli dövrlərə nisbətən  daha az risk etməklə daha çox vəsait əldə etmək istəyirlər. Fins.az investisiya şirkətlərinin pandemiya şəraitində investorların cəlb edilməsində yaranan çətinlikləri  və ölkəmizdə kapital bazarlarına koronavirus pandemiyasının təsirlərini araşdırıb 

Pandemiyanın kapital bazarlarının işinə birbaşa investisiya şirkətlərinin fəaliyyətinə  investor cəlbi prosesinə təsirləri barədə fikirlərini bölüşən  “Unicaptal” İnvestisya şirkətində biznes və biznesin inkişafı üzrə baş menecerinin müavini Tələt Kalayev bildirib ki, “Bazarın vəziyyəti ümumiyyətlə pis deyil. Bazar əvvəl necə fəaliyyət göstəriridisə o şəkildə də fəaliyətinə davam edir. Ötən ilə nisbətən kəskin fərqlər yoxdur. Sadəcə olaraq bazarda cəlbediciliyi artırmaq üçün başlıca olaraq dövlət tərəfindən təminatların olması labüddür. Fiziki şəxslər banklarda depozit yerləşdirdikdə həmin depozitlər dövlət tərəfindən sığortalanır. Eyni zamanda fiziki şəxslər gəlib istiqraz almaq istədikdə hər hansı formada təminat mövcud deyil. Dövlət tərəfindən təminat yoxdur. Müştərilər tərəfindən ilk verilən sual. Zəmanət var, yoxsa yoxdur? Müqaisə edirlər məsələn mən bankda depozit yerləşdirirəm depozit sığortalanıb,amma bu istiqrazlar, sərmaye sığortalanmayıb. Belə olan halda faizlər  yüksək olsa belə  fiziki şəxslər bankda depozit yerləşdirməyə  daha çox üstünlük verir. Bu bizim işimizdə inkişafa mane olur. İlk növbədə mən tövsiyyə kimi bildirmək istərdim ki, dövlət tərəfindən kapital bazarlarında investisiyalar sığortalansa yaxud təminatla təmin olunsa, bu bazarın bir az da inkişaf etməsinə gətirib çıxara bilər. 
Mütəxəsis eyni zamanda dövlətin istiqarazlarına investisiya qoymaqdan çəkinən investorların mövcudluğunu qeyd edərək həmin şəxslərin bank depozitlərinə marağının əsas səbəblərini də izah edib. Tələt Kalayev bu konteksdə bildirib ki, dövlət sektoru məsələn Maliyyə Nazirliyinin 1 illik istiqrazları 6,5% gəlirliliyə malikdir.Buna baxmayaraq müştərilər hətta dövlət təminatlı yəni faktiki dövlətin istiqrazına sərmayə qoymaqdan çəkinir. Seçim edərkən korporativ banklara 8-10%-lə  depozit yerləşdirir və o depozit sığortalanır. Halbuki həmin şəxs sözügedən istiqrazları alsa heç bir risk daşımış olmur. Korporativ sektor bundan da pisdir. Korporativ sektora müraciət edildikdə biz yeni emissiyalar etdikdə yenə də sığorta soruşulur,  sığorta olmadığı halda  depozitlərə üstünlük verilir. Çox nadir hallarda investor riskləri başa düşüb diversifikasiya  məqsədi ilə bir qismini depozit şəklində  müəyyən bir qismini istiqraz sərmayesi şəkilndə vəsaitlərini yerləşdirir. Ən əsası bunu vurğulamaq istərdim. Dövlət investisiyaları təminat yaxud sığorta kimi  hər hansı mexanizmlə təmin etsəydi, bu, bazarın inkişafına gətirib çıxarardı. Hazırda fiziki şəxslər bu bazara daha üstünlük verərdi çünki, depozit faizlərindən daha yaxşı faizlərlə həm dollarda həm manatda vəsaitlərini yerləşdirmək üçün alətlər var. Burada sığorta aləti olmadığı üçün üstünlük qalır depozitlərdə.
O investisiya şirkətləri tərəfindən cəlbediciliyin artırılması üçün atılmalı olan  addımlar barədə tövsiyyələrini açıqlayaraq investorlar üçün likvidliyin əhəmiyyətli rol oynadığını vurğulayıb. Tələt Kalayev bildirib ki, investisiya şirkəti  sadəcə likvidlik verə bilər. Likvidliyi də marketmeykerlik vasitəsi ilə təmin edilə bilər. Hərhansı bir istiqraza gündəlik katirovkalar təqdim edir. Siz bir investor olaraq günün istənilən vaxtı ticarət platformaları çərçivəsində müraciət edib həmin investisiya şirkətindən kağızı həm alıb həm sata bilərsiniz. İnvestisiya şirkətləri də marketmeyker olmaqla bunlara likvidlik vermiş olur. Bu likvidlik sığorta etmək demək deyil, sığorta qalır ikinci planda. Əsas birinci qeyd edərdim ki,investorların seçimi zamanı sığortaya, yəni təminata diqqət yetirilir. Bazarda hazırda sığorta olmadığı üçün emitentin keyfiyyətinə, yəni ödəmə qabiliyyətinə, nə dərəcədə tanınmış olmasına və sairə baxılır. İkinci məqamda likvidliyə baxılır. İnvestor həmin istiqrazları alsa sata biləcək yoxsa yox? Məsələn dövlət  sektorunda Maliyyə Nazirliyinin istiqrazlarına sərmaye edən fiziki şəxs yaxud banklara təkrar bazarda onun satışını həyata keçirmək daha asandı nəinki korporativ istiqrazları alıb onu təkrar bazarda satmaq. Bir az likvidlik problemi mövcuddur. Dövlət sektorunda Maliyyə Nazirliyinin istiqrazları çox likviddir yəni istənilən vaxt alına və satıla bilər. Orada likvidliklə bağlı problem yoxdur. Korporativ sektorda bir az likvidliklə problem var. Marketmeyker olmaqla investisiya şirkərləri likvidlik verməklə cəlbediciliyi artıra bilər. 
Tələt Kalayev investisiya şirkətlərinin investor cəlb etməsi üçün marifləndirmənin rolundan danışaraq cəmiyyətdə kapital bazarları barədə hər hansı məlumata malik olmayan  amma kifayət qədər vəsaiti olan, investisiya yatırmaq üçün sahələr axtaran şəxslərin  kapital bazarlarına cəlb edilməsi üçün investiaiya şirkətləri tərəfindən hansı addımların atılmasının vacib olduğuna aydınlıq gətirib. Mütəxəsis qeyd edib ki, mən şirkətimiz adından deyə bilərəm ki, biz hazırda marketinq büdcəmizi də böyütmüşük  və bu istiqamətdə büyük işlər görürük. Sosial şəbəkərdə daha çox reklamlara yönəlmişik. Maarifləndirici videolar üzərində hazırda çalışırıq ki,insanlar həmin videolara baxıb daha da maariflənsin,kapital bazarlarına maraq artsın. Unicapital investidiya şirkəti olaraq bu il ərzində pandemiya oldu digər tərəfdən müharibə şəraiti ilə əlaqədar reklam kompaniyasına fasilə verdik. Müharibə şəraitində təbliğat aparılmasını düzgün hesab etmədik. Hazırda müharibə dayandığı üçün yenidən kompaniyanı davam etdiririk. Xidmətləri,alətləri geniş şəkildə  reklam edirik.
Hazırda Azərbaycanda Kapital bazarlarının mövcud problemlərini açıqlayan Talat Kalayev bildirib ki, kapital bazarlarının iki köklü  problemi var. Birinci problem sığorta ikinci problem likvidlik məsləsidir. Likvidliyə gəldikdə isə Maliyyə Nazirliyinin istiqrazları  və Mərkəzi Bankın notları  ancaq banklar tərəfindən alına bilər. İstiqrazların cəlbedciliyi likvidliyi yüksəkdir.Korporativ sektora maraq bir az aşağıdır. Halbuki korporativ sektorda bir illik 10; 10,5;12,5% lə də istiqarazlar almaq mümkündür. Müştərilərin başlıca narahatçılığı  bazarda ünvanladığı suallar yəni müqaisə edə biləcəyi alətlərlə bağlı olur. Müqaisə aləti nədir? Bank depoziti. Sığorta olunmadığı üçün də 10 müştəridən 7-si artıq alətə pul yatırmağa üstünlük vermir. İkinci narahatçılıq da likvidlikdir. Bu o deməkdir ki, müştərilər üçün maraqlıdır ki, bu gün mən pulu istiqraza yatırdımsa sabah onu rahatlıqla sata biləcəm? Korporativ sektorda likvidliyi artırmaq üçün  marketmeykerlərin sayını artırmaq lazımdır.
Unicaptal İnvestisya şirkətində biznes və biznesin inkişafı üzrə baş menecerinin müavini  bazarda hazırda marketmeykerlərin sayının niyə az olmasının səbəblərinə toxunaraq qeyd edib ki, marketmeykerlərin sayının az olması investisiya şirkətlərindən aslıdır. Belə ki, investisiya şirkətləri özləri istiqrazları seçib, özləri həmin istiqrazların marketmeykerləri qismində çıxış edə bilirlər. Burada investisiya şirkətlərinin aktivliyi aşağıdır. Bu sahədə aktivliyi artırmaq üçün marketmeykerlərin sayının artırmaq lazımdır. Bu seçim məsləsidir. Marketmeyker olmaq da investisiya şirkəti üçün müəyyən öhdəlik yaradır. Öhdəlik ondan ibarətdir ki, investisya şirkətləri hər gün 50 min manat həcmindıə istiqrazı almağa məcburdur. Yəni hüququ yoxdur öhdəliyi var. Hər bir investisya şirkəti də bu öhdəliyi öz üzərinə götürmək istəmir. Ona görə ki, bir emissiya çərçivəsində 1 milyon manatlıq istiqraz satılıbsa investisiya şirkəti buna marketmeyker olacaqsa deməli bu 1 milyon manata qədər məbləği öz üzərinə öhdəlik götürmüş olur. Gündəlik olaraq bu 50 min manat civarındadaır. İnvestor hər gün 50 min manatlıq ona istiqraz satsa o 1 milyon manatlıq sərbəst vəsaitini istifadə edib o istiqrazı almağa məcbur qalacaq. O öhdəlik investisiya şirkətinin üzərində qalır ona görə də investisya şirkətlərinin kapitalına siz baxsanız minumum tələb 300 min manatdır. İnvestisya şirkətlərinin ortalama kapitalı 1-2 milyon manat olduğu üçün bunu həyata keçirmək investisya şirkətləri üçün risklidir. Ona görə də bir çox şirkət bunu üzərinə götürmək istəmir. Bunu da necə tənzimləmək olar. Tənzimləmək üçün investisya şirkətləri üçün kapital tələnbi öhdəliklərini artırmaq olar ki, onlar daha yükəsək məbləğdə kapitallaşsın ki, bu kimi öhdəlikləri rahatlıqla öz üzərinə götürə bilsin.

Tələt Kalayev eyni zamanda investisya şirkətlərinə kapital tələbi artacağı təqdirdə,təbii olaraq ölkədə investisya şirkətlərinin sayının azalması faktı və bazarın bu faktdan zərər yaxud qazanc əldə edə biləcəyini aydınlaşdırmağa çalışıb. Mütəxəsis bildirib ki, bazar iştirakçılarının sayının azalması ilk baxışda bazara zərər kimi xarakterizə oluna bilər. Bu qərarın üstün cəhəti ondan ibarətdir ki, güclü investisya şirkətləri bazarda qalacaq və daha böyük kapitallaşma sayəsində bunlar daha da güclü olacaq. Bu gün mövcud investisya şirkətlərini motivə edəcək 300 min manat kapital tələbi var.Bu  investisya şirkəti üçün kiçik rəqəmdir. Bu rəqəm ən azı 1 milyon manat civarında olmalıdır.

Müəllif: Aynur Qəniyeva