BİRJA

11 Dekabr

Tahir Mirkişili: “Hökumət Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı mexanizm hazırlayır”

Bakı 11dekabr   Fins.az

“Azərbaycanda əhalidəki pulun dövriyyəyə cəlb edilməsi ilə bağlı müxtəlif mexanizmlər var”.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, hökumətdə yeni mexanizmin hazırlığı da gedir: “Bu, Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı olacaq. İnanıram ki, bu addım ən qısa zamanda öz effektini verəcək”.

(c)APA