BİRJA

10 Dekabr

Neft yenidən bahalaşıb

Bakı, 10 dekabr Fins.az

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,43% artaraq 1 barelə görə 49,07 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin 0,53% artaraq 45,76 dollar təşkil edib.