BİRJA

08 Dekabr

Azərbaycan neftinin bu günə olan QİYMƏTİ

Bakı, 8 dekabr Fins.az

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları, yaxud 0,46 % azalıb.

Fins.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 49,45 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.