ABŞ Nümayəndələr Palatası Çin şirkətlərinin ABŞ birjalarından xaric edilməsinə icazə verən tənzimləməni təsdiqləyib. Qanun qəbul edilməsi üçün Ağ Evə gedəcək tənzimlənmənin ABŞ Prezidenti Tramp tərəfindən qəbul edilməsi gözlənilir.
Fins.az xəbər verir ki, ABŞ-da Donald Trump dövrünün son günlərində Çinə qarşı atılan addımlara yeni bir maddə əlavə edilib.
Məlumata görə, ABŞ Nümayəndələr Palatası, Alibaba və Baidu da daxil olmaqla Çin şirkətlərinin ABŞ səlahiyyətlilərinə maliyyə nəzarəti vermədikləri təqdirdə ABŞ Birjalarından xaric edilməsinə icazə verən tənzimləməni təsdiqləyib. May ayında Senatda tez bir zamanda qəbul edilən bu tənzimləmə, Nümayəndələr Palatasında iki partiya tərəfindən təsdiq edilib..
Şirkətlərə şərtlərə uyğunlaşması üçün ən az 3 il vaxt verən tənzimləmə, imzası üçün Trampın yanına getdi. Səlahiyyət müddəti bitdikdən sonra Çinə qarşı aqressiv münasibət göstərən prezident Donald Trampın bu tənzimləməni təsdiqləməsi gözlənilir. ABŞ kapital bazarları tənzimləyicisi SEC də tənzimləməni dəstəkləyib.