Bakı, 03 dekabr Fins.az
Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 29,883.79 bəndədək, SP 500 indeksi 0,18% – 3,669.01 bəndədək yüksəlib, Nasdaq indeksi isə 0,05% – 12,349.37 bəndədək enib.
Fins.az -ın məlumatına görə, Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 1,23% – 6,463.39 bəndədək, Fransa CAC-40 indeksi 0,02% – 5,583.01 bəndədək yüksəlib, Almaniya DAX indeksi isə 0,52% – 13,313.24 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,93% artaraq 1 825 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,34% artaraq 1,2102 dollar təşkil edib.