BİRJA

02 Dekabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Bakı, 02 dekabr Fins.az

Dekabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,63% – 29,823.92 bəndədək, SP 500 indeksi 1,13% – 3,662.45 bəndədək, Nasdaq indeksi isə 1,28% – 12,355.11 bəndədək yüksəlib.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında dekabrın 1-də FTSE 100 indeksi 1,89% – 6,384.73 bəndədək, Almaniya DAX indeksi 0,69% – 13,382.30 bəndədək, Fransa CAC-40 indeksi isə 1,14% – 5,581.64 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,96% artaraq 1 808,2 dollara bərabər olub.