Bakı, 26 noyabr Fins.az
Tesla rəqibi Nikola səhmləri 8 sentyabr çərşənbə axşamı günü premarketdə 30%-dan çox artaraq hər hisse başına 46,30 dollara yüksəlib.Pik nöqtədə onlar 34% artıb, lakin sonradan səhmlərinin qiyməti 43.55 $ (+ 22.5%) səviyyəsində qərarlaşıb.
Reuters yazır ki, elektrikli avtomobil istehsalçısının səhmləri General Motors (GM) ilə strateji ortaqlıq xəbərindən müsbət təsirlənib. Amerika konserni çərşənbə axşamı günü Nikola’nın 11% hissəsini təxminən 2 milyon dollara alacağını və akkumulyatorlu elektrikli yük maşınları hazırlamaq üçün şirkətlə birləşəcəyini bildirib. GM ayrıca Nikola Badger elektro-hidrogen pikapını istehsal edəcəyini açıqlayıb.
Müəllif: Aynur Qəniyeva