BİRJA

24 Noyabr

 Milli Depozit Mərkəzinin ödəniş agenti qismində həyata keçirdiyi əməliyyatların MƏBLƏĞİ

Bakı, 24 noyabr Fins.az 

2020-ci ilin oktyabr ayı ərzində Milli Depozit Mərkəzi ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə kupon ödənişlərini həyata keçirib.

Fins.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi  məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, Milli Depozit Mərkəzi oktyabr ayı ərzində Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 81 952 670 AZN,SOCAR-ın 1 istiqraz buraxılışı üzrə 1 250 000 USD,BOKT Embafinance QSC-nin 2 istiqraz buraxılışı üzrə ödənişlərin ümumi məbləği 22 500 AZN təşkil edib.

Müəllif: Aynur Qəniyeva