Bakı, 24 noyabr Fins.az
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, noyabrın 21-də AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, noyabrın 23-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 774.88 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 774.88 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən onların baza qiymətinin 774.88 manat olması nəzərə alınmalıdır.