BİRJA

08 Sentyabr

Çin içki istehsalçısının səhmləri 85% BAHALAŞIB

Çinin ən böyük içki qablaşdırma şirkətlərindən biri olan Nongfu Spring, Hong Kong Fond Birjasında ilk ticarət günündə çərşənbə axşamı günü 85 % bahalaşıb.

Fins.az xəbər verir ki,bunu birjanın veb saytında yerləşdirilən məlumatlar sübut edir.

Səhər ticarətinin açılışından sonra şirkətin səhm qiymətləri 21.5 Hong Kong dollar təklif qiymətinə nisbətən  39.8 Hong Kong dollarına (5.13 $) yüksəlib.

Listinq zamanı Nongfu Spring 388,2 milyon səhm buraxdı və 1 milyard dollardan çox vəsait topladı.Təşlilçilər indiki IPO-nu (ilkin kütləvi təklif) Hong Kong fond bazarının tarixindəki ən gözlənilməz hadisələrdən biri adlandırdılar. Bu, investorların görünməmiş bir həyəcanına səbəb oldu: sifariş bazasının formalaşması zamanı qiymətli kağızlara tələb təklifi 1448 dəfə üstələyib.

Qeyd edək ki,Nongfu Spring 1996-cı ildə qurulub və mərkəzi Hangzhou-da yerləşir.Şirkət Çinin ən varlı adamlarından biri, milyarder Zhong Shangshan-a məxsusdur. Mineral və qablaşdırlmış içməli su və alkoqolsuz içkilər istehsal edir. Nongfu-nun xalis mənfəəti keçən il 37,15% artaraq 4,95 milyard yuana (639 milyon dollar) çatıb.

Müəllif:Aynur Qəniyeva