Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 153,9 milyon manat təşkil edib.
Fins.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azalıb.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 4,5% azalaraq 3 188 olub.
BFB-nin dövriyyəsinin 65,2%-i, yaxud 4 661,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 45,4% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 90,3 artaraq 1 421,2 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 44% artaraq 1 071,6 milyon manat olub.Report