BİRJA

04 Sentyabr

SABIC 1 milyard dollar dəyərində istiqraz yerləşdirir

Səudiyyə neft-kimya şirkəti Saudi Basic Industries Corporation (SABIC) hər biri 500 milyon dollar dəyərində iki mərhələdə istiqraz yerləşdirir.

Fins.az xəbər verir ki,klassik 10 illik istiqrazlar orta bazar svoplarına 155 bazis balı həcmində təklif olunur. Şirkət, illik 3% gəlirliliklə 30 illik istiqrazlar da yerləşdirir. Otuz illik tranş Dublin və Tayvan birjalarında ikili siyahıya alınıb.
Çərşənbə günü SABIC bir sıra investor konfranslara ev sahibliyi edib. Müqaviləni BNP Paribas, Citi, HSBC, Mizuho Securities, MUFG və SMBC Nikko təşkil edir.

SABIC dünyanın ən böyük neft-kimya şirkətlərindən biridir. Bu ilin iyun ayında Səudiyyə Ərəbistanın dövlət neft şirkəti, Səudiyyə Ərəbistanının suveren dövlət investisiya fondundan SABIC-in 70% -ni 69.1 milyard dollara alan əsas səhmdarı olub.

Müəllif:Aynur Qəniyeva