BİRJA

11 Mart

Neft yenidən ucuzlaşmağa başladı

 SAAT: 14:34/  Londonun ICE qitələrarsı birjasında Brent markalı xamn 1 barelinin dəyəri günlük $1.28, yəni, 3.44% ucuzlaşmaqla $35.94 həddinə düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco” Enerji Nazirliyindən gələn göstərişə əsasən, gündəlik neft hasilatını 12 milyon bareldən 13 milyonadək artırmaq qərarını açıqlayıb. Bu xəbər sonrası birjalarda neftin dəyəri yenidən ucuzlaşma istiqamətinə yönəlib.

 SAAT: 12:00/  Brend markalı neftin dəyəri 0.27$, yəni, 0.73% azalaraq 36.95$/barel səviyyəsinə düşüb.

 SAAT: 11:16 /  11:09 radələrinə olan məlumata görə Brent markalı neft 37.25 $/barelə ticarət olunur.


 SAAT: 09:00/  Birjalarda xam neftin dəyəri yenidən bahalaşaraq 39 $/barel səviyyəsinə bir qədər də yaxınlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8:40 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.83$ yəni, 2.42% artaraq 35.19$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.20$, yəni, 3.22% bahalaşaraq 38.42$-a təklif olunub.

Xatırladaq ki, Brent markalı xam neftin birjalarda dəyəri 8 martda kəskin azalmaqla 34$/barel səviyyəsinə qədər düşmüşdü.

© Banker