Martın 9-da 30%-dən çox düşən neft qiymətləri bir qədər yüksəlib.
Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 38,47 dollardan, ABŞ xam nefti isə 35,24 dollardan alıcı tapıb. Martın 9-dakı ən aşağı səviyyələr ilə müqayisədə Brent nefti 10,7%, ABŞ xam nefti isə 11,7% bahalaşıb.
Martın 9-da Brent neftinin qiyməti 31 dollar, ABŞ xam neftinin qiyməti isə 27 dollar səviyyələrinədək düşmüşdü.