BİRJA

10 Mart

Neft 10%-dən çox bahalaşıb

Bakı vaxtı ilə saat 16:20-də London Birjasında “Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin bir barelinin qiyməti 10,86% və ya 3,73 dollar artıb.

Fins.az xəbər verir ki, bu markalı neftin qiyməti 38,09 dollar/barel təşkil edib.

Nyu-York birjasında WTI (West Texas Intermediate) markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti isə bir barelə görə 10,47% və ya 3,26 dollar artaraq 34,39 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, ötən gün hər iki marka neftin qiyməti 25%-dək azalaraq 2016-cı ilin fevral ayından bəri ən aşağı qiymətə satılıb. Bu azalma 1991-ci il yanvarın 17-də Körfəz müharibəsinin başlanğıcından bəri ən böyük günlük azalmadır. Belə ki, dünən “Brent” markalı neftin qiyməti 34,36 dollar/barel, WTI markalı neftin qiyməti isə 31,13 dollar/barelədək azalıb.

© Report