BİRJA

10 Mart

“Boeing” şirkətinin səhmləri kəskin ucuzlaşıb

"Boeing” şirkətinin səhmləri 13,4% ucuzlaşıb.

Qlobal aviasiya sənayesinə təsir göstərən amillərdən biri COVID-19 koronavirusu olub. Belə ki, epidemiyanın yayılması ilə əlaqədar bir çox aviaşirkət Çinə uçuşları dayandırıb. Proqnozlara görə, koronavirus hava nəqliyyatı biznesinə 113 milyard dollara başa gələ bilər.