ABŞ-da indekslərdə 2008-dən bu yana ən kəskin azalma baş verib
ABŞ-da səhmlər həftənin ilk əməliyyat gününü az qala 12 ilin ən kəskin enişləri ilə tamamlayıb.
Fins.az xəbər verir ki, bağlanışda, Dow Jones indeksi 2000 bəndə yaxın dəyər itirib və 7,79% azalma ilə 23851,02 bəndə geriləyib. İndeks, 2008 qlobal maliyyə böhranından sonrakı ən böyük tənəzzülünü yaşayıb.
SP 500 indeksi 7,60% azalma ilə 2746,56 bəndə və Nasdaq indeksi 7,29% azalma ilə 7950,68 bəndə düşüb.
Birjalardakı çöküşdən sonra əməliyyatlar 15 dəqiqəliyinə təxirə salınıb.
Birjadakı tənəzzülün ardından Twitter hesabından açıqlama verən ABŞ Prezidenti Donald Tramp, "Səudiyyə Əəbistanı və Rusiya, neft hasilatı və qiymətləri üzərinə mübahisə edirlər. Bu yalan xəbərlər birjadakı enişin səbəbidir" deyib.