BİRJA

09 Mart

Bazarlarda qara bazar ertəsi: Neft və səhmlər çökdü, ABŞ istiqrazları bahalaşdı

Beynəlxalq bazarlarda neft qiymətləri kəskin düşüb, səhmlər güclü ucuzlaşıb, pul vahidləri və istiqrazlarda sərt hərəkətlər görülür.

Fins.az Marja-ya istinadən xəbər verir ki, beynəlxalq bazarlarda neft qiymətlərindəki çox sərt enişin dərhal ardından panika havası hakim olub.  

Standart Poor's 500 (SP 500) indeksi 5% düşüb və indeks alt sərhədə düşməsinə görə əməliyyatlar dayanıb.

Yaponiya birjasında səhmlər 6 ucuzlaşıb və İngiltərədə FTSE 100 indeks 7%-dən çox geriləyib.

Pul vahidlərində ucuzlaşmalar baş verib və treyderlər əməliyyat aparmaqda çətinlik çəkirlər.

Ölkə istiqrazlarının faizləri yeni aşağı səviyyələrinə enib və ABŞ-ın 10 illik istiqrazının faizində böyük geriləmə görülüb. 

"Qara bazar ertəsi" olaraq da xarakterizə edilə biləcək həftənin ilk günündə gözə dəyən hərəkətlər:

- ABŞ-ın 10 illik istiqrazlarının faizi ilk dəfə 0.5%-dən aşağı, 30 illiklərinin faizi də 1%-dən aşağı düşüb.

- Brent nefti 30%-dən çox ucuzlaşıb və 31 dolları görüb. Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlamadır. 

- Norveç kronu dollar qarşısında 1980-lərdən bu yana ən aşağı səviyyəsinə enib. 

- Meksika pesosu  7%-dən çox dəyər itirib. 

- Avstraliya və Yeni Zelandianın 10 illik istiqrazlarının faizləri yeni rekord aşağı səviyyələrə geriləyib. 

Yapon yeninin qiyməti 2016-dan bu yana ən yüksək səviyyəsinə qalxıb.