BİRJA

06 Mart

Bakı Fond Birjası dövriyyəsinin həcmini açıqlayıb- MƏBLƏĞ

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,095,765,094 manat təşkil edib

Fins.az xəbər verir ki, bu barədə  Bakı Fond Birjası məlumat yayımlayıb 

Məlumatda bildilir ki,2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 2,726,498,017  olub . Nəticə olaraq, 2020-ci ilin yanvar-fevral ayları üzrə  dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 174%, repo əməliyyatları üzrə isə 278% böyümə qeydə alınmışdır.

2020-ci ilin fevral ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası  3,828,174,818.02 manat təşkil etmişdir.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli

 

Müəllif:Aynur Qəniyeva