05.03.20 tarixində Bakı Fond Birjasında, "BTB Kapital İnvestisiya Şirkəti" ASC vasitəsilə 20 000 000 manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Fins.az xəbər verir ki, bu barədə "BTB Kapital İnvestisiya Şirkəti" məlumat yayımlayıb
Məlumatda deyilir ki,istiqrazların buraxılışının emitenti AR İpoteka və Kredit Zəmanəti Fondu ASC,emissiyanın həcmi - 20 000 000 AZN,nominal qiyməti - 1000 АZN,hərrac qiyməti - 1000 AZN,tədavül müddəti - 19 il,faiz dərəcəsi - 3 %,faiz gəlirinin ödəniş müddəti - 6 aydan bir (180 gün) olacaq.
Qeyd edək ki, hərrac, BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Müəllif: Aynur Qəniyeva