Bakı Fond Birjasında (BFB) QSC-də Maliyyə Nazirliyinin AZ0105005786 ISIN kodlu, tədavül müddəti 728 gün olan 15 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, hərrac zamanı investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 42,3 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 15 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101,5202 manat (gəlirlilik 5,1899%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 1 mart 2022-ci ildir.