Neft qiymətləri, sürətlə yayılan koronavirusun qlobal iqtisadi artım üzərində böyük bir təsirinin olacağı qorxuları ilə əlaqədar son bir ildən uzun müddətin ən aşağı səviyyəsinə düşüb.
Fins.az xəbər verir ki, Brent neftinin qiyməti 50.76 dollara (-4,7% azalma), ABŞ xam neftinin qiyməti isə 45.74 dollara (-6.4% azalma) geriləyib (Bakı vaxtı ilə saat 08:40-a olan məlumat).