BİRJA

27 Fevral

Sərxan Qurbanov: "Artıq risksiz gəlir anlayışı azalır"

"Artıq risksiz gəlir anlayışı azalır"

Fins.az xəbər verir ki, bunu xarici maliyyə bazarları üzrə ekspert Sərxan Qurbanov deyib 

O qlobal kapital bazarlarının trendləri barədə fikirlərini bölüşərkən bildirib ki, dünyanın kapital bazarlarının əsas trendlərinə  faiz dərəcələri aşağı düşməsi mühüm təsir göstərib. 

Sərxan Qurbanov həmçinin "Artıq risksiz gəlir anlayışı azalır. Gəlir qazanmaq üçün risk etmək vacib amilə çevrilir. Daha doğrusu hazırda risksiz gəlir əldə etmək imkanları daralır. Faiz dərəcləri aşağı düşdüyünə görə şirkətlərin səhmlərinə maraq artır"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva