BİRJA

27 Fevral

Qızıl 10 dollar bahalaşdı

Amerika fond bazarında "Dow Jones" indeksi 0,46% - 26 957,59 bəndədək, "SP 500" indeksi 0,38% - 3 116,39 bəndədək azalıb, NASDAQ isə 0,17% - 8 980,77 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,35% - 7 042,47 bəndədək artıb, Almaniya DAX-ı 0,12% - 12 774,88 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,09% - 5 684,55 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,50 dollar bahalaşaraq 1 652,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,17 dollar artaraq 18,08 dollara satılıb.