BİRJA

25 Fevral

Asiya birjaları kəskin düşüb

Asiyada səhmlər Çərşənbə axşamı günkü əməliyyatlarda kəskin dəyərdən düşüblər.

Fins.az  xəbər verir ki, Yaponiyada səhmlər treyderlərin tətildən qayıtmaları ilə təxminən 3% geriləyib. Avstraliya və Çin səhmləri 1%-dən daha çox düşüblər. Cənubi Koreya və Honq Konqda isə indekslər yüngül geriləyiblər.

Yeni koronavirus Kovid- 19-un Çin xaricində Cənubi Koreya, İtaliya, İran və Yaponiyada görülməsi qlobal iqtisadi artıma dair narahatlıqları artırıb, bu da səhmlərin satışına səbəb olur.

Çində yeni Kovid-19 epidemiyasında ölənlərin sayı 2 min 665-ə yüksəlib.

Milli Səhiyyə Komissiyasından verilən məlumata görə, ölkədə son 24 saatda 71 nəfər ölüb, 508 yeni Kovid-19 xəstəsi müəyyən olunub. 

Ölkədə virusa yoluxanların sayı  77 min 658-ə yüksəlib. 

 

Kovid-19 epidemiyasından ölənlərin sayı İtaliyada 7-yə Bahreyndə 2-yə, Küveytdə 5-ə çatıb.

İndekslərin xülasəsi:

-Topix İndeksi 2.7% geriləyib.

-Avstraliyanın SP/ASX 200 İndeksi 1.5% azalıb

-Cənubi Koreyanın Kospi İndeksi 0.6% geriləyib

-Hang Seng İndeksi  0.1% azalıb

-Şanxay İndeksi 1.5% düşüb.

© Marja