BİRJA

24 Fevral

Neft Çin başçısının açıqlaması ilə kəskin ucuzlaşdı

Fins.az xəbər verir ki, Çinin Dövlət başçısı Si Cinpinin (Xi Jinping), Hubey əyalətinə bağlı Vuhan şəhərində ortaya çıxan yeni növ koronavirus (Kovid-19) epidemiyasının "hələ mərhəmətsiz və qeyri-müəyyən" vəziyyətdə olduğunu açıqlaması və epidemiyənin İranda da yayılması neft qiymətlərinin yenidən düşməsinə səbəb olub.

 Brent nefti 2,8% ucuzlaşaraq 56,56 dollara, ABŞ xam nefti isə 2,7% ucuzlaşaraq 51,76 dollara düşüb.

Ötən həftə Brent neftinin qiyməti 59 dolları aşmışdı.