BİRJA

24 Fevral

7 milyarder və səhmləri: onlar haradan qazanırlar?

Səhmlər üçün çoxlu imkanlar mövcuddur, amma yalnız bəziləri səhmlər çoxlu gəlir gətirəndə bu sahədə həqiqi uğura nail olurlar.

Məhz buna görə də uğurlu səhmdarların strategiyasına nəzər yetirməyə dəyər.

Qaydası üzrə, bu səhmdarlar həm ənənəvi iqtisadiyyat sektorlarına həm də qabaqcıl texnologiyalara yatırım edərək öz portfellərini şaxələndirirlər.

Analitiklər qeyd edirlər ki, məhz bu vəziyyət bir çox riskləri azaltmağa və uzunmüddət perspektivli gəliri optimallaşdırmağa imkan verir.

Gəlin 7 milyarderin sərmayə strategiyası və daha çox nəyə yatırım etməyə üstünlük verdiklərinə nəzər salaq:

Larry Page

O, Google-un qurucularından biridir və ən fərqli şirkətlərə yatırım edir.

Şirkətin səhmlərinin sahibidir, uçan avtomobillər və kosmik gəmilər hazırlayır.

Pulunun əsas hissəsini bu şirkətlərə ayırıb:

Tesla
Kitty Hawk
Opener
Jeff Bezos

Amazonun qurucusu – daha bir uğurlu sahibkar, portfoliosu uzunmüddətli səhmlərdən ibarətdir. O, zamanla inkişaf edən sahələrə yatırırm etməyə çalışır.

O, iri telekommunikasiya şirkətlərinə və ya aerokosmik startaplara sərmayə qoyur.

Əsas investisiyaları:

Washington Post
Blue Origin
Uber
Carlos Slim

Carlos Slim dünyanın ən zəngin insanı olub. Bu meksikalı maqnat ən fərqli şirkətlərə yatırım edir – neftdən tutmuş telekommunikasiyaya kimi.

Hal- hazırda o, bu şirkətlərə yatırım edir

Realia Business
The New York Times
YPF
Mark Zuckerberg

Facebook sosial şəbəkəsinin qurucusu startapları sevir. O, süni zəkanın, həmçinin proqram tərtibatının inkişafına yatırım edir. Əsas səhmləri:

Vicarious
Walk,
Asana
Bill Gates

Bill Gates – Microsotf-un yaradıcılarından biri, hal-hazırda o, fəal şəkildə xeyriyyəçiliklə məşğul olur. Portfoliosu “rəngarəng”dir. O, qida məhsulları və sağlamlığın qorunmasının gələcəyi üçün inqilabi dəyişikliklər edə bilən şirkətlər axtarır.  Yatırım etdiyi şirkətlər:

Breakthrough Energy
Ventures
Berkshire Hathaway
Coca-Cola
Bernard Arno

Fransalı milyarder Bernard Arno əsasən geyimlər olmaqla lüks sinif məhsullar hesabına milyardlar qazanıb. LVMH qrupunun sahibidir və bu şirkətlərə yatırım edir:

Louis Vuitton
Christian Dior
Warren Buffett

Səhmlərdən söz düşəndə ağıla gələ biləcək adlardan biri və bəlkə də birincisi Warren Buffett-dir. Bu əfsanəvi səhmdar ABŞ hüdudlarından kənarda ən uğurlu səhmdar kimi tanınır. Öz strategiyası sayəsində dünyanın ən zəngin insanlarından birinə çevrilib.

İlk əvvəllər o bank sektoruna və KİV-ə yatırım edib, amma indi digər variantları da gözdən keçirir. Əsas səhmləri

Amazon
Apple
Coca-Cola