BİRJA

21 Fevral

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50400679S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 94.6969 AZN (8 faiz) və 97.4760 AZN (3.69 faiz) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 631 min 100 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.3495 AZN (3.89 faiz), orta ölçülmüş qiyməti 97.3768 AZN (3.85 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon təşkil edib.

Notlar noyabrın 2-də ödəniləcək.