Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların qeydiyyatını və emissiyasını sadələşdirir.
Fins.az-ın verdiyi məlumata görə, artıq emitentlər (qiymətli kağız buraxan dövlət qurumu və ya şirkət) eyni sənədi bir neçə təşkilata təqdim etmək üçün hazırlamaq məcburiyətində qalmayacaqlar. Belə ki, emitentlər anderrayter olan investisiya şirkətinə sənədləri təqdim etməklə “bir pəncərə”dən xidmət ala biləcəklər.
Hazırda emitentlər təqribən eyni sənədləri həm investisiya şirkətinə, həm nəzarət orqanına (indi Mərkəzi Bankdır), həm Milli Depozit Mərkəzinə və həm də Bakı Fond Birjasına ayrı-ayrı təqdim etmək məcburiyyətindədirlər.
© Marja