Ispaniyanın Barcelona futbol klubu azarkeşlərinə klubun taleyinə təsir edən qərarlar üçün səs verməyə imkan verən Barca Fan Token (BAR) buraxacaq. Bunun üçün klub Maltanın ChiliZ blockchain platforması ilə partnyorluq müqaviləsi imzalayıb. BAR tokenlərinə sahib olan klub azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı “kosmetik qərarlar” (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları) verilərkən səsvermədə iştirak hüququ qazanacaqlar. Binance birjası tərəfindən dəstəklənən Socios.com platforması ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq dəyəri 2 avro olan 40 milyon BAR buraxılacaq və 2020-ci ilik 2-ci rübündə satışa çıxarılacaq.
Xatırladaq ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk mobil tətbiqdir. Socios.com Atletico Madrid, “PSG”, Juventus, AS Roma və West Ham United futbol klubları ilə rəqəmsal sikkər – tokenlərin buraxılması üçün əməkdaşlıq edir.