BİRJA

17 Fevral

Bakı Fond Birjası investisiya şirkətinin üzvlüyünü dondurdu

12 fevral 2020-ci il tarixindən Bakı Fond Birjasının Üzvlük Komissiyasının qərarı ilə “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin birja üzvlüyü 1 il müddətinə dondurulub.

Fins.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayımlayıb.

Məlumatda bildilir ki,üzvlük Birja üzvünün müraciəti əsasında dondurulub.

Xəbər verdiymiz kimi, 3 aprel 2020-ci il tarixində saat 11:00-da  "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində duran əsas məsələlər bunlardır:

1) 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi.

2) Şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən 
edilməsi.

3) Digər məsələlər.