18 fevral 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Fins.az istiqrazların buraxılış parametrləri barədə məlumata istinadən xəbər verir ki, emissiyanın həcmi 10 milyon manatdır. Emissiya hər birinin nominal dəyəri 100 manat təşkil edən 100 min istiqrazdan ibarətdir.
İstiqrazların tədavül müddəti 1820 gündür (5 illik).
Faiz ödənişləri 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il, 27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il, 26 iyul 2022-ci il, 24 yanvar 2023-ci il, 25 iyul 2023-cü il, 23 yanvar 2024-cü il, 23 iyul 2024-cü il və 21 yanvar 2025-ci il tarixlərində həyata keçiriləcəkdir.
İstiqraz üzrə təklif edilən faiz gəliri 8.5 %-dir.İstiqrazın əsas vəsaitinin geri ödəmə tarixi 21.01.2025-ci ildir.
Yerləşdirmənin anderrayteri "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC-dir.