BİRJA

17 Fevral

Azərbaycanda bu investisiya şirkətinin səhmdarlarının iclası keçiləcək

"Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək

Fins.az xəbər verir ki, bu barədə investisiya şirkətindən məlumat verilib

Məlumatda bildilir ki, 3 aprel 2020-ci il tarixində saat 11:00-da "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin (Bakı şəhəri, Qüllə
küçəsi 16) Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəkdir. Ümumi Yığıncaq
Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 16 ünvanında (AG center, 2-ci
mərtəbə) keçiriləcək

Yığıncağın gündəliyində duran əsas məsələlər
bunlardır:
1) 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi.
2) Şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən
edilməsi.
3) Digər məsələlər.

Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı
şəhəri, Səbail rayonu, Qüllə küçəsi 16 ünvanında (AG center, 2-ci
mərtəbə) tanış oluna bilər.