14 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.056 AZN (6.49%) və 98.3930 AZN (3.49%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 193 milyon 893 min 200 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.258 AZN (3.79%), orta ölçülmüş qiyməti 98.2625 AZN (3.79%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 milyon manat təşkil edib.
Notların ödəmə tarixi 03.08.2020