BİRJA

13 Fevral

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,94% – 29 551,42 bəndədək, SP 500 indeksi 0,65% – 3 379,45 bəndədək, Nasdaq isə 0,90% – 9 725,96 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında fevralın 12-də FTSE 100 indeksi 0,47% – 7 534,37 bəndədək, Almaniya DAX-ı 0,89% – 13 749,78 bəndədək, Fransa CAC-40 indeksi isə 0,83% – 6 104,73 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% artaraq 1 570,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,46% azalaraq 1,087 dollar təşkil edib.