BİRJA

12 Fevral

Hazırda çox ucuzlaşan neft şirkətlərinin səhmlərini almaq sərfəlidir ?- AZFİNANCE AÇIQLAYIR

Neft qiymətləri və neft şirkətlərinin səhmləri cəlbedici olur. Sərmayə qoymağa dəyərmi? Fins.az -ın məlumatına görə, "Azfinance" investisiya şirkətinin mütəxəsisləri bildirir ki,"Neft sektoru bu il ən həssas sahələrdən birinə çevrildi. Koronavirusun yayılması qlobal neft qiymətlərinə və iri neft və neft xidmətləri şirkətlərinin səhmlərinə zərbə vurdu. Brent etalon markasının qiyməti 15% -dən çox aşağı düşdü. Bu, tələbin azalması, həmçinin OPEC + ölkələrinin hasilatın azaldılması ilə bağlı hələ ki razılığa gələ bilməmələri ilə əlaqədardır. Virus yayılmağa davam etdikcə, xammal sektoru investisiya üçün kifayət qədər riskli olaraq qalır. "Azfinance" ekspertləri həmçinin qeyd edirlər ki,"Belə olduğu halda, böyük sərmayəçilər əmtəə sektorundakı mənfi tendensiyanın geri qaytarılması üçün ciddi siqnalların olmadığını nəzərə alaraq daha etibarlı vasitələrə üstünlük verirlər." İnvestisiya şirkətinin mütəxəssisləri həmçinin neft şirkətlərinin səhmlərinin qiymətinin ucuzlaşmasına diqqəti cəlb edərək,investorlara çıxış yolunu göstərir. "Neft qiymətlərinin ardınca neft və neft sənayesi xidmətləri şirkətlərinin səhmləridə ucuzlaşdı.Orta hesabla bir ay ərzində bu sektordakı səhmlər 12% -dən çox ucuzlaşdı və artıq cari fond qiymətləri uzunmüddətli investisiya üçün maraqlı olmağa başlayır. Brentin qiyməti 54 dollardan aşağı səviyyədə qərarlaşmağa çalışır. Bu sektorda səhmlərin bazar qiymətlərinin aşağı olduğunu da qeyd etmək lazımdır ki, bu da onları daha spekulyativ edir." "Azfinance" mütəxəssisləri neft şirkətlərinin səhmlərinin qiymətini də investorların nəzərinə çatdıraraq"11/02/2020 tarixi üçün bəzi nəhəng şirkətlərin qiymətlərini tədim edir : PetroChina Company Limited - $44.07,
Equinor ASA -$16.72,
Chevron Corporation - $109.79,
Schlumberger Limited - $34.35,
TOTAL S.A. - $48.87"

Müəllif: Aynur Qəniyeva