"Biz qiymətli kağızlarla bağlı qanunvericiliyin təkminləşdirilməsini həyata keçirəcəyik" .Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında İqdisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O bildirib, "Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üçün çox böyük imkanlar var. Azərbaycanda ötən il qiymətli kağızlar bazarının məbləği 14 milyard manat olub. Bu ÜDM-in 17%-ni təşkil edir. Nəzərə alanda ki, bu göstərici "Buffet" indiqatoru nöqteyi nəzərindən 50%-dən aşağıdırsa deməli həmin ölkədə qiymətli kağızlar bazarının inkişafı ilə bağlı böyük imkan var. Bu imkan ilk növbədə qanunvericiliyin təkminləşdirilməsindən keçir. O həmçinin Qanunvericilik bu istiqamətdə daimi olaraq təkminləşdirilir. Hazırki qanunvericiliyə görə investisiya şirkətləri, dilerlər, sığorta şirkətləri ayrı -ayrı qurumlar qiymətli kağızlar bazarına öz tövhəsini verə bilər. Biz qiymətli kağızlarla bağlı qanunvericiliyin təkminləşdirilməsini həyata keçirəcəyik".-deyə qeyd edib.