ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 1,26% artaraq 1 barelə görə 53,94 dollar təşkil edib.
Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,15% artaraq 50,15 dollar olub.