BİRJA

07 Fevral

Azərbaycan Mərkəzi Bankından investisiya şirkətlərinə tövsiyə

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və yerli investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə yığıncaq keçirilib.

Məlumata görə, yığıncağa AMB-də yeni yaradılmış Kapital Bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinin əməkdaşları da qatılıb. 

Onlar qiymətli kağızlar bazarındakı problemləri dinləyib, qeydlər götürüblər. Daha sonra investisiya şirkətlərinə tövsiyə olunub ki, müştəriləri olan bankların investisiya qoyduğu AMB-nin notlarından asılılıqlarını azaltsınlar və daha çox real sektora yönəlsinlər

(C)Report