Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib
07 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50200479S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6193 AZN (6.00%) və 99.1464 AZN (3.69%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 265,371,800.0 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.1440 AZN (3.70%), orta ölçülmüş qiyməti 99.1457 AZN (3.69%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
50 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 04.05.2020