Bu gün Mərkəzi Bankda investisiya şirkətlərinin rəhbərləri ilə görüş keçiriləcək.
Fins.az verdiyi məlumata görə, görüşün nahardan sonra baş tutacağı gözlənilir.
Görüşdə, kapital bazarlarının daha da inkişaf etdirilməsi, real sektorun maliyyələşdirilməsində investisiya şirkətlərinin iştirakı, sektorun qarşılaşdığı çətinliklər və həlli yolları barədə şirkət rəhbərlərinin təklifləri dinləniləcək.