Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında quruma üzv olmayan və beynəlxalq təşkilatlarla münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.
Onun sözlərinə görə, gündəlikdəki digər məsələ türk dünyasının gücləndirilmsinə təkan verməkdir: “Həmçinin iclasda təşkilatın beynəlxalq arenada tanıdılması məsələsi də müzakirə edilib. Bununla əlaqədar müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib”.
B.Amreyev bildirib ki, yığıncaqda iqtisadi məsələlər də müzakirə edilib: “Biz Türk İnvesitisiya Fondunun yaradılması üzərində işləyirik”.
© Report