ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla Inc."ın səhmlərinin "Wall Street"i çaşdıran altı günlük bahalaşması Çərşənbə günü dayanıb.
Fins.az xəbər verir ki, avtomobil şirkətinin səhmləri 17% ucuzlaşaraq 734 dollara qədər geriləyib. Tesla-nın səhmlərinin qiyməti 900 dolları aşmışdı.
Səhmlərinin ucuzlaşması ilə Teslanın bazar dəyəri 160 milyard dollardan 132 milyard dollara düşüb.
Analitiklər Tesla-nın səhmlərinin qiymətinin 700 dollar ətrafında sabitləşəcəyini və Çindəki fəaliyyət potensialının təsiri ilə yüksəlməyə başlayacağını düşünürlər.
© Marja