BİRJA

06 Fevral

"Vodafone Ukraine" 500 mln. dollarlıq istiqrazlar buraxıb

“NEQSOL Holding”ə daxil olan və abunəçi sayına görə Ukraynanın ikinci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” şirkəti ilk dəfə olaraq avrobond (istiqraz) emissiya edib.

Bu barədə sözügedən mobil rabitə operatorunun yaydığı məlumatda bildirilib.

İstiqrazların illik gəliri 6,20%, ümumi dəyəri isə 500 mln. ABŞ dolları təşkil edir. Qiymətli kağızların tədavül müddəti 5 il təşkil edir.

Avrobondlar İrlandiya Fond Birjasında “Euronext Dublin”in (“Global Exchange Market”) kotirovka siyahısına daxil ediləcək. İstiqrazların (“Vodafone Ukraine”in korporativ reytinqinə uyğun) “SP” tərəfindən “B”, “Fitch” tərəfindən isə “B” reytinqlərinin alacağı gözlənilir.

Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin sahibi olan “NEQSOL Holding” “Vodafone Ukraine”in 100% səhmlərinin alınmasını başa çatdıraraq Ukraynanın mobil rabitə operatorunu strateji investoru oldu.