BİRJA

05 Fevral

Azərbaycanın suveren istiqrazları investisiya reytinqinin bərpa olunması gözləntisində cəlbedicidir

VTB Kapital”ın analitikləri Azərbaycanın suveren istiqrazlarını ən cəlbedici istiqrazlardan biri hesab edirlər. Onların fikrincə, ölkədə konservativ fiskal siyasət davam etdirildiyi halda investisiya reytinqinin bərpa olunması ehtimalı yüksəkdir.

Azərbaycanın AZERBJ 32 (YTM 3,34%) və AZERBJ 24 (YTM 2,57%) istiqrazları 0,4 və 0,3 faiz bəndi bahalaşıb, gəlirlilik isə müvafiq olaraq 4 b.b. və 0,3 b.b. azalıb. "Biz Azərbaycanın suveren istiqrazlarını ən cəlbedici istiqrazlardan biri hesab edirik. Ölkədə konservativ fiskal siyasət davam etdirildiyi halda investisiya reytinqinin bərpa olunması ehtimalı yüksəkdir”, - deyə icmalda vurğulanır.*