BİRJA

05 Fevral

Azərbaycandakı investisiya şirkətlərinin renkinqi

"Bakı Fond Birjası" QSC (BFB) 2020-ci ilin yanvar ayında birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

 Birjaya istinadən xəbər verir ki, renkinqə 460 732 603 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 259 383 439 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 2 995 166 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 29 651 213 manatla “BTB Kapital İnvestisiya Şirkəti" ASC, 10 342 852 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 9 108 430 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 2 512 702 manatla "İnvest-AZ İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

 

 

İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 460 732 603
2 AzFinance 259 383 439
3 Unicapital 42 995 166
4 BTB Kapital 29 651 213
5 Xalq Kapital 10 342 852
6 PSG Kapital 9 108 430
7 İnvest-Az 2 512 702
8 Plato Capital and Co. -

 

 report