BİRJA

05 Fevral

Bakı Fond Birjasında əməliyyatların həcmi 2 dəfədən çox azalıb - CƏDVƏL

2020-ci ilin yanvar ayı ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 667 milyon 283 min manat təşkil edib.

Birjadan fins.az-a daxil olmuş məlumata görə, 2019-cu ilin analoji dövrü ilə müqayisədə əməliyyatların həcmi 2,3 dəfə azalıb.  2020-ci ilin yanvar ayı ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1 milyard 512 milyon 488,3 min manat təşkil etmişdi.

“Nəticə olaraq, 2020-ci ilin yanvar ayı üzrə qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 359% böyümə qeydə alınmışdır”, - BFB-nin məlumatında deyilir

2020-ci ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 841 milyon 281 min manat təşkil edib.